“Kəpəz”də iki bəd, bir sevindirici xəbər

Topaz Premyer Liqasının 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlıqlarına başlayan “Kəpəz”in heyətində itkilər var. Allsport.az xəbər verir ki, sarı vərəqə limitini dolduran Rəşad Eyyubov cəzalı duruma düşdüyündən qarşıdakı matçda komandasına kömək edə bilməyəcək.

“Sarı-göylər”in heyətində zədəlilər də var. “Xəzər Lənkəran”la kubok oyununda dizindən xəsarət alan Tural Nərimanovun zədəsi ciddidir. Cənublularla görüşün ilk hissəsində rəqibin kobud oyununa məruz qalan müdafiəçinin bud əzələsi əzilib. Məşq edə bilməyən Nərimanov həkim nəzarəti altındadır.

“Xəzər Lənkəran”la oyuna aparılmayan Şəhriyar Əliyevin durumu isə yaxşılaşıb və futbolçu komanda ilə ümumi halda məşqlərə başlayıb.

Həmin kateqoriyadan