“Kəpəz”də yeni rekordçu

Ümid Səmədov növbəti dəfə Gəncə futbolunun tarixinə düşüb. Allsport.az saytı xəbər verir ki, 1-ci divizionda ilk dövrədə “Kəpəz”in heyətində ən gənc futbolçu kimi devüt edən oyunçu, indi də komandada qol vuran ən azyaşlı olub. Bu tarixi hadisə çempionatın 25-ci turunda keçirilən “Kəpəz” – “Ağsu” oyununda qeydə alınıb.

88-ci dəqiqədə meydana daxil olan hücumçu görüşün sonuna əlavə olunan 3-cü dəqiqədə komandasının penaltidən 4-cü qoluna imza atıb. Səmədov fərqlənərkən 15 yaş 213 günlüyündə olub. Bununla da o, klubun tarixinə qol vuran ən gənc futbolçu kimi düşüb. Düzdü, Ümid hələ ötən ilin sentyabrında komandanın heyətində fərqlənib. Amma bu, rəsmi yox, Region liqasında çıxış etmiş “Qoşqar” ilə yoxlama oyununda olub.

Mövsümün əvvəlində klubun 15 yaşlılardan ibarət komandasından əsas komandasına cəlb edilən Ümid Səmədov 2014-cü ildə AFFA-nın sosial reklam çarxının siması olub. Gənc futbolçu SOCAR tərəfindən 2016-cı ildə Fransada keçirilən Avropa çempionatının finalına göndərilən 6 oyunçu arasında da yer alıb.

Həmin kateqoriyadan