“Kəpəz”in 400-cü qolu

“Kəpəz” Azərbaycan çempionatlarında keçirdiyi səfər oyunlarında 400-cü qolu buraxıb. Allsport.az saytı xəbər verir ki, bu, Topaz premyer liqasının 27-ci turuna təsadüf edib.

“Zirə”yə 1:2 hesabı ilə uduzan Gəncə təmsilçisinin buraxdığı 2-ci qol yubiley xarakterli olub. “Sarı-göylər”in 282-ci səfər matçında qeydə alınan qolu 75-ci dəqiqədə Tellur Mütəllimov vurub.

“Kəpəz” Azərbaycan çempionatları tarixində 400 və daha çox qol buraxan 2-ci komandadı. Yalnız “Turan” daha çox – 432 qola üzülüb.

Həmin kateqoriyadan