“Kəpəz”in hücumçusunun yubiley qolu

“Kəpəz”in futbolçusu Dario Federiko Topaz premyer liqasında qol sayını 10-a çatdırıb. Allsport.az saytı xəbər verir ki, 24-cü turun “Səbail”lə səfər oyununda (1:1) hesabı açan braziliyalı cari mövsümdə 3-cü dəfə fərqlənib və Azərbaycan çempionatlarında ümumi qol sayında yubiley qeyd edib.

O, 10-cu qolunu premyer liqada 43-cü matçda rəqib qapısından keçirib. 2015/16 mövsümündə 12 oyunda 3, 2016/17 mövsümündə 22 qarşılaşmada 4 dəfə qol sevinci yaşayan hücumçu cari çempionatda 9-cu matçında 3-cü uğuruna rəsmiləşdirib.

Bununla da Federiko “Kəpəz”in tarixində Azərbaycan çempionatlarında 10 və daha çox qol vuran 27-ci futbolçu, 6-cı legioner olub.

Həmin kateqoriyadan