“Kəpəz”in legionçusunun zədəsi ciddidir

“Kəpəz”in zədəliləri arasında ən ciddi xəsarət alan Samba Diallodur. Allsport.az saytı xəbər verir ki, ötən tur “Zirə”yə qarşı oyunda zədələnərək əvəzlənən futbolçu 2 həftəlik sıradan çıxıb.

Müayinədən keçən yarımmüdafiəçinin topuq oynağında ikinci dərəcəli burxulma aşkar edilib. “Neftçi” ilə matçı buraxacaq Diallonun 10-cu turda “İnter” ilə görüşdə də meydana çıxacağı sual altındadı.

“Kəpəz”in tibbi heyətindən klub saytına verilən məlumata görə, hər şey müalicənin gedişindən asılı olacaq.

Həmin kateqoriyadan