“Kəpəz”in zədəliləri sıraya dönür

“Kəpəz”in futbolçularından Samba Diallonun vəziyyəti normaldır. Allsport.az saytı xəbər verir ki, zədəsinə görə 3 çempionat oyununda Gəncə klubuna kömək edə bilməyən yarımmüdafiəçinin hazırlığı qaydasına düşüb. Müalicə ilə paralel olaraq məşqlərdə də iştirak edən malilinin qarşıdakı turda meydana çıxması məşqçilər korpusunun qərarından asılı olacaq.

“Sarı-göylər”in daha bir üzvü Kərim Diniyevin də durumunda ciddi irəliləyişlər var. Klubun tibbi personalından verilən məlumata görə, yarımmüdafiəçinin zədəsi sağalmaq üzrədi. “Keşlə” ilə matçda ağır xəsarət alan yarımmüdafiəçinin uzun müddətə sıradan çıxdığı güman olunsa da, müalicəsi uğurla aparıldığından futbolçu tez bərpa olunub.

İntensiv müayinə və müalicələrdən sonra Kərim fitnes və fərdi proqram üzrə məşq edib. Bu gündən isə oyunçu komandaya qoşulub.

Həmin kateqoriyadan