“Kadis” “Rayo Valyekano”nu üstələdi, Elxan Məmmədovun futbolçusu seyrçi qaldı

İspaniya Sequndasında29-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” evdə “Rayo Valyekano” ilə üz-üzə gəlib.

Futbolçumuzun komandası bu görüşdə qələbə qazanıb – 2:1. AFFA baş katibi Elxan Məmmədovun yığmaya dəvət etdiyi yarımmüdafiəçi matçı ehtiyat oyunçular skamyasından izləyib. “Sarı dəniz mənzərəçilər”i 47 xalla 22 klub arasında 3-cü yerdədir.

Həmin kateqoriyadan