“Kadis” qalib gəldi, Alvaro Servera Elxan Məmmədovun futbolçusunu erkən əvəzlədi

İspaniyanın “Kadis” klubu yoldaşlıq oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası “San-Roke” ilə üz-üzə gəlib.

“San-Roke” klubunun 50 illik yubileyi münasibətilə təşkil olunan qarşılaşma “Kadis”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçumuz start heyətdə meydana daxil olub və görüşün 78-ci dəqiqəsində, hesab 1:2 olarkən əvəzlənib.

Həmin kateqoriyadan