“Kadis” səfərdə sevindi, Eddi İsrafilov 2-ci hissədə oynadı

İspaniya Seqindasında 27-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” səfərdə “Numansiya” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 3:0. Yarımmüdafiəçimiz matçın 71-ci dəqiqəsində meydana girib. “Sarı dəniz mənzərəçiləri” 27 turdan sonra 44 xalla 22 klub arasında 3-cü pillədədir.

Həmin kateqoriyadan