“Kadis” uduzdu, Eddi İsrafilov sarı vərəqə aldı

İspaniya Sequndasında 16-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan seçməsinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi “Kadis” səfərdə “Ximnastik”lə qarşılaşıb.

Yarımmüdafiəçimizin komandası bu görüşdə məğlub olub (0:1). AFFA baş katibi Elxan Məmmədovun millimizə gətirdiyi oyunçu matçın 74-cü dəqiqəsində meydançıxıb. O, 88-ci dəqiqədə sarı vərəqə alıb.

“Kadis” 16 turdan sonra 21 xalla 22 klub arasında 8-ci yedədir.

Həmin kateqoriyadan