Kamal Quliyev 5 oyunluq diskvalifikasiya olundu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçala” – “Şəmkir” matçında “Neftçala”nın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Şəmkir”in futbolçusu İlham Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Oyunun 90+2-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Rəhman Şabanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman azarkeşlərə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Şəmkir”in futbolçusu Bəhruz Teymurov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.

Matçın 74-cü dəqiqəsində “Neftçala”nın futbolçusuna göstərilən qırmızı vərəqədən sonra klubun baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkətə yol verib. İntizam Komitəsi oyunun video yazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edib:

“Neftçala”nın baş məşqçisi Kamal Quliyev hakimə qarşı təhqiredici hərəkət etdiyinə görə 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

Həmin kateqoriyadan