Kamran Ağayev açıqladı: “Kayserispor”a keçirəm”

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev hazırda Türkiyədə səfərdədir. Allsport.az xəbər verir ki, futbolçunun tezliklə PTT 1-ci liqada mübarizə aparan klublardan biri ilə müqavilə bağlaması gözlənilir.

Artıq Kamranın hansı komandaya keçəcəyi də bəllidir. Ağayevin azerisport.az saytına verdiyi məlumata görə, o, “Kayserispor”la anlaşıb:

“Hazırda Kayseridəyəm. Əgər hər şey normal getsə, bu gün “Kayserispor”la müqavilə imzalayacağam. Böyük ehtimalla mövsümün sonunadək müqavilə imzalayacağam”.

Qeyd edək ki, “Kayserispor” hazırda PTT 1-ci liqanın lideridir.

Həmin kateqoriyadan