Kamran Ağayev “Beşiktaş”a qarşı

Türkiyə Kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti rəqibini tanıyıb.

Belə ki, sözügedən komanda Super Liqa təmsilçisi “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma fevralın 11-də keçiriləcək.

Bir gün sonra isə millimizin sabiq hücumçusu Branimir Subaşiçin komandası – “Manisaspor” isə “Tuzlaspor”la qarşılaşacaq.

Həmin kateqoriyadan