Kamran Ağayev “Beşiktaş”la oyunun start heyətində

Bu gün Türkiyə kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, millimizin üzvü Kamran Ağayevin formasını geyindiyi “Kayserispor” doğma meydanda Super Liqa təmsilçisi “Beşiktaş”ı qəbul edəcək.

Aut.az-a açıqlamasında Kamran Ağayev start heyətində meydana çıxacağını bildirib.

Qeyd edək ki, “Kayserispor” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan