Kamran Ağayev “Boavişta”da yenə 90 dəqiqə oynadı, Emin Mahmudov debüt etdi

Portuqaliya Primeyra-liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, bu ölkənin futbol çempionatını özlərinə məskən seçən azərbaycanlı futbolçular növbəti görüşlərinə çıxıblar, “Boavişta” doğma meydanda “Sportinq”lə qarşılaşıb.

Kamran Ağayevlə Emin Mahmudovun komandası bu matçda məğlub olub (0:1). Qapıçımız yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Eminin adı ilk dəfə iştirak ərizəsinə daxil edilib və o, 76-cı dəqiqədə mübarizəyə qoşulub, debüt edib. “Şahmatlı bəbirlər” 13 xalla yarış cədvəlinin 11-ci pilləsindədir.

Həmin kateqoriyadan