Kamran Ağayev “Karşıyaka”ya lazım olmadı

Sabah Türkiyə Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” səfərdə “Kurtalanspor”la qarşılaşacaq.

Lakin Kamranın adı aşağı liqa komandası ilə oyun üçün Diyarbəkirə aparılan heyətə salınmayıb. Belə ki, baş məşqçi Cüneyt Dumlupınar Ağayev və digər əsas heyəti oyunçularından bir neçəsini səfərə aparmağa ehtiyac duymayıb.

Qeyd edək ki, “Kurtalanspor” – “Karşıyaka” matçı sabah Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Həmin kateqoriyadan