Kamran Ağayev “Mlada”nın heyətində 4 qol buraxıb

Çex Respublikası 1-ci liqasında 15-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada” səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçda uduzub – 1:4. Qırmızı vərəqə aldığı üçün ötən tur meydana çıxmayan qolkiperimiz adı çəkilən görüşdə meydanda olub.

Boleslav təmsilçisi 17 xalla 16 klub 10-cu pilləyə düşüb.

Həmin kateqoriyadan