Kamran Ağayev penaltini dəf etdi, komandası 3 xalı 4 qolla qazandı

Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Həmyerlimizin klubu doğma meydanda “Girəsunspor”la qarşılaşıb. Matç Kayseri təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Kamran sonadək meydanda olub. O, 90+3-cü dəqiqədə rəqib futbolçunun penalti zərbəsini dəf etməklə də özündən söz etdirməyi bacarıb. Nəticədə, millimizin qolkiperi çempionatda çıxdığı dördüncü oyunundan da qalib ayrılıb. Bu oyunlarda Ağayev cəmi 1 qol buraxıb.

Qeyd edək ki, “Kayserispor” hazırda 56 xalla turnir cədvəlinin lideridir.

Həmin kateqoriyadan