VİDEO
Kamran Ağayev penaltini qaytardı, “Boavişta” qalib gəldi

Bu gün Portuqaliya premyer-liqasında 7-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular, Kamran Ağayev və Emin Mahmudovun komandası “Boavişta” doğma meydanda “Moreyrense” ilə qarşılaşıb.

Matç “şahmat bəbirləri”nin qələbəsi ilə bitib – 2:0. Qapıçımız bu görüşdə də startda meydana çıxıb və 90 dəqiqə oynayıb. O, hətta 26-cı dəqiqədə 11-metrlik cərimə zərbəsini dəf edib. Bu oyun Kamranın Portuqaliyada ilk qələbəsi ilə əlamətdar olub.

Eminin adı bu matçın da iştirak ərizəsində yer almayıb. Qonaq komandanın heyətində “Neftçi”nin sabiq futbolçusu Kaue Ağayevə qarşı mübarizə aparıb. Qeyd edək ki, “Boavişta” hazırda 8 xalla yarış cədvəlində 13-cü yerdədir.

Həmin kateqoriyadan