Kamran Ağayev Portuqaliya premyer-liqasında həftənin rəmzi komandasına düşüb

Azərbaycan millisinin və “Boavişta”nın qapıçısı Kamran Ağayev Portuqaliya premyer-liqasının 7-ci turunun ən yaxşı 11 futbolçusu sırasına düşüb. Allsport.az saytı xəbər verir ki, o, həftənin rəmzi komandasına daxil edilib.

Qolkiperimizapıçımız doğma meydanda “Moreyrense” ilə görüşdəki uğurlu çıxışına görə 8,1 balla qiymətləndirilib və həftənin rəmzi komandasına ən güclü qapıçı kimi düşüb.

Qeyd edək ki, rəqiblə oyunda 11-metrlik cərimə zərbəsini qaytaran Kamran, komandasının qələbəsində böyük pay sahibi oldu. Məhz azərbaycanlı qapıçının qurtarışından ruhlanan “şahmat bəbirləri” sonda meydanı 2:0 hesablı qələbə ilə tərk edib.

Həmin kateqoriyadan