Kamran Ağayev rəsmən “Kayserispor”da

Azərbaycan yığma komandasının qapıçısı Kamran Ağayevin yeni kubunun adı bəlli olub. Allsport.az xəbər verir ki, bu gün səhər Türkiyənin “Kayserispor” klubunun bazasında olan Ağayev tibbi baxışdan uğurla keçərək Kayseri təmsilçisi ilə 6 aylıq müqavilə bağlayıb.

Artıq Kamranın fotosu klubun rəsmi saytında da yerləşdirilib. Ağayev yeni klubunda 36 nömrəli formanı geyinəcək. Millimizin qapıçısının növbəti turda Türkiyə PTT 1-ci liqasında debüt edə bilər.

Qeyd edək ki, “Kayserispor” 18 turdan sonra 37 xalla turnir cədvəlinə başçılıq edir və Super Liqaya çıxmağa ən real namizəd sayılır.

Həmin kateqoriyadan