Kamran Ağayev Türkiyə klubunda penaltidən qol buraxmayacağına söz verdi

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin “Karşıyaka” klubuna keçidindən danışıb. Allsport.az xəbər verir ki, futbolçumuz qardaş ölkə mətbuatına açıqlamasında iddialı çıxışları ilə diqqət çəkib.

Ağayev “Karşıyaka” azarkeşlərinin ona əlavə güc verəcəyini bildirib: “Mən dolu tribunalar önündə daha yaxşı motivasiya oluram. “Karşıyaka” tərəfdarının coşqusu məni ruhlandıracaq”.

Azərbaycan millisinin heyətində keçirdiyi 50 matçda rəkiblərin qazandığı 13 penaltinin 10-nu qaytaran təcrübəli qolkiper maraqlı iddia ilə çıxış edib. O, “Karşıyaka” bu mövsüm penaltidən qol buraxmayacaq”, deyib.

“Karşıyaka”ya tez alışdığını dilə gətirən Kamran bu kluba keçməsində əsas rol oynayan amilləri də açıqlayıb: “Kayserispor”dan tanıdığım komanda yoldaşlarım və baş məşqçi Cüneyt Dumlupınar “Karşıyaka” ilə müqavilə bağlamağımda böyük rol oynadı. Bu mövsüm çempionluğa ən böyük namizədlərdən biri olacağıq”.

“Karşıyaka”nın əzəli rəqibi “Göztəpə”nin yeni mövsüm öncəsi anlaşdığı qapıçı Gökhan Dəyirmançını “Kayserispor”dan yaxşı tanıdığını ifadə eden Ağayev ona uğurlar arzulamağı da unutmayıb: “Gökhan ötən mövsüm Super Liqada “Kayseri Ərciyəsspor” forması geydiyi üçün qarşılıqlı oynamaq şansımız olmadı. Ona da növbəti mövsümdə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan