Kamran Ağayev Türkiyə klubundan ayrıldı, Azərbaycana qayıdır

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev Türkiyənin “Qarşıyaxa” klubu ilə yollarını ayırıb. Allsport.az xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında ayrılıblar.

Bunun üçün azərbaycanlı futbolçu klubun ona olan 35 000 dollar borcundan imtina edib. Klub da öz növbəsində ona sərbəst agent statusu verib.

Artıq Ağayev özünə yeni klub da tapıb. Belə ki, onun Azərbaycan klublarından biri ilə razılığa gəldiyi iddia olunur. Amma Kamanın konkret hansı komandamızla anlaşdığı açıqlanmır. Məlumatı Türkiyə mətbuatı yayıb.

Qeyd edək ki, Kamran “Qarşıyaxa”da keçirdiyi 13 oyunda 20 qol buraxıb.

Həmin kateqoriyadan