Kamran Ağayevin komandasının Türkiyədə növbəti məğlubiyyəti

Türkiyə PTT 1-ci liqasında 8-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Qarşıyaxa” da növbəti matçında çıxıb.

Sözügedən klub səfərdə “Qarabükspor”la qarşılaşıb. “Qarşıyaxa” bu görüşdə 1:2 hesablı məğlubiyyətlə üzləşib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Qarşıyaxa” 7 turdan sonra 6 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan