Kamran Ağayev yenə də 3 qol buraxdı

Türkiyə PTT 1-ci liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.

Sözügedən klub doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə bitib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Karşıyaka” geridə qalan turlarda topladığı 12 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan