Kamran Ağayev yenə etimadı doğrultdu, “şahmatlı bəbirlər” səfərdə qalib gəldi

Portuqaliya Premyer-liqasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu “Boavişta” səfərdə “Rio Ave” ilə üz-üzə gəlib.

Azərbaycanlı futbolçuların komandası bu görüşdən qələbə ilə ayrılıblar – 2:1. Qapıçımız yenə start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 90-cı dəqiqədə sarı vərəqə də alıb. Eminin adı matçın iştirak ərizəsində yer almayıb.

“Şahmatlı bəbirlər” hazırda 13 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan