Kamran Ağayevin debütü baş tutmadı

Türkiyə kubokunda qrup mərhələsinin son turunun oyunları keçirilib. Allsport.az xəbər verir ki, azərbaycanlı qapıçı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Altınordu” ilə qarşılaşıb. Ağayevin komandası gənclərdən ibarət millimizin sabiq yarımmüdafiəçisi Timur Temeltaşın çıxış etdiyi “Altınordu” klubuna 3 cavabsız qolla qalib gəlib. Ağayevin adı matçın iştirak ərizəsinə salınsa da, sonadək ehtiyatda qalıb. Temeltaş isə ikinci hissədə meydanda olub.

Qeyd edək ki, 6 turdan sonra Ağayevin komandası 11 xalla E qrupunun qalibi olub. Bu komanda hətta Super Liqa təmsilçisi “Fənərbağça”nı da qabaqlayıb. Temeltaşın komandası isə 4 xalla sonuncu olub.

Həmin kateqoriyadan