Kamran Ağayevin komandası doğma meydanda qalib gəldi

Türkiyə PTT 1-ci liqasında 11-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Karşıyaka” da növbəti matçında çıxıb.

Sözügedən klub doğma meydanda “Göztəpə” ilə qarşılaşıb. Qarşılaşma futbolçumuzun komandasının 1:0 hesablı qələbəsi ilə bitib. Start heyətdə meydana çıxan Kamran yenə 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, “Karşıyaka” geridə qalan turlarda topladığı 12 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan