Kamran Ağayevlə Emin Mahmudovun komandası Portuqaliya kuboku ilə vidalaşıb

Portuqaliya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası “Boavişta” doğma meydanda “Vitoriya Gimaraynş”la qarşılaşıb. Adı ikinci çəkilən həmyerlimiz görüşün iştirak ərizəsinə daxil edilməyib.

Qapıçımıza gəlincə, yenə start heyətdə meydana çıxıb və sonadək çərçivəni qoruyub. Matçda hesabı 27-ci dəqiqədə qonaqlar açıblar. Kamran penalti zərbəsini dəf edə bilməyib. 56-cı dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətirə biliblər. 90 dəqiqədə başqa qol olmayınca, matç əlavə vaxta gedib.

Amma 90-cı dəqiqədə qolkiperimizin komandası azlıqda qalıb. Rəqib də bu say üstünlüyündən 118-ci dəqiqədə yararlanaraq daha bir qol vurub və qələbə qazanıb – 2:1.

Həmin kateqoriyadan