Kamran Ağayevli “Karşıyaka” ilk qələbəsini qazandı

Türkiyə PTT 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Karşıyaka” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Şanlıurfaspor”la qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Kamran ilk turda olduğu kimi, bu dəfə də start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki “Karşıyaka” iki turdan sonra 3 xalla yeddinci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan