Kamran Ağayevli “Mlada Boleslav” 1/8 finala çıxıb

Çex Respublikasının kubokunda 3-cü təsnifatın oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin çıxış etdiyi “Mlada Boleslav” evdə “Pribram” klubu ilə üz-üzə gəlib.
Meydan sahibləri bu matçdan qələbə ilə ayrılıb (3:0) və adını 1/8 finala yazdırıb. Həmyerlimiz görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Həmin kateqoriyadan