Kamran “Kayserispor”u tərk etdi

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin Türkiyənin “Kayserispor” klubu ilə müqaviləsinin müddəti başa çatıb. Allsport.az xəbər verir ki, həmyerlimiz artıq vətənə dönüb.

Hazırda futbolçunun meneceri Türkiyənin bir neçə klubu ilə danışıqlar aparır. Ağayevin yenidən “Kayserispor”a dönməsi də istisna deyil.

Qeyd edək ki, “Kayserispor” PTT 1-ci liqada çempion olub və yeni mövsümdən Super Liqada çıxış edəcək.

Həmin kateqoriyadan