Kamran Məmmədov: Düşən fürsətləri boşa vermədim

«İran və Özbəkistan güləşçilərinə qalib gəlib finala yüksəldim. Məqsədim qızıl medal idi ki, buna da nail oldum».

Allsport.az saytı xəbər verir ki, bunu İslam oyunlarında qalib gələn yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) dedi. Titullu bahadırın fikrincə, finalda tutduğu bir məqam ona sonda qələbə gətirdi:

«Vəziyyəti düzgün dəyərləndirmək lazımdır. Elə ola bilər ki, imkanı əldən buraxasan və rəqib bundan yararlansın. Mən fürsəti fövtə vermədim, vaxtından öncə sevindim».

Həmin kateqoriyadan