Kamran Ağayev oynamadı, klubu kubok oyununda heç-heçə etdi

Türkiyə Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Kayseri təmsilçisi doğma meydanda Super Liqa klubu olan “Sivasspor”u qəbul edib. Matç 1:1 hesabıyla başa çatıb. Kamran Ağayev matçı ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, bu klublar arasındakı cavab görüşü aprelin 7-də baş tutacaq.

Həmin kateqoriyadan