Kamran Quliyev: “Bursaspor”dan örnək götürəcəyimiz çox şey var

“Neftçi” Türkiyənin “Bursaspor” klubu ilə qardaşlıq və strateji əməkdaşlıq müqaviləsi bağlayıb. Allsport.az saytı xəbər verir ki, mərasimdən sonra flaqmanın prezidenti Kamran Quliyev bunu deyib:  

“Bizim üçün qürurverici andır. Belə bir klubda sizlərlə birgə olmaqdan məmnunuq. Əli Aya, Cəm Öztürkə, bütün idarə heyətinə, təşəkkürümü bildirmək istərdim. Qardaş ölkədən gəldik. Ölkənin ən böyük və tarixin ən qədim klubuyuq. SSRİ dağıldıqdan sonra 8 dəfə çempionluq yaşamış klubuq.

Sizinlə birgə olmaq bizim üçün çox xoş və sevindiricidir. Ötən gün “Fənərbağça” ilə matçınızı izlədik. Çox şanssız idiniz. Möhtəşəm stadionunuz var. Özəl bir klub və özəl tərəfdarınız var. Sizdən örnək götürəcəyimiz çox şey var. Ali Aya çox təşəkkür edirəm. Münasibətlətimiz davam edəcək. Gələcəkdə birgə işlərimiz olacaq. Biz də sizi Bakıda görmək istəyirik”.

Həmin kateqoriyadan