Kamran Quliyev dövlətin pulunu necə havaya sovurur

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı xeyli uzun çəkin. Allsport.az saytı xəbər verir ki, nə o çox danışıb, nə də media nümayəndələri sualları sıralayıb. Problem tərcümə kombinasiyasında idi. Bordinin açıqlamaları ruscaya, sonra Azərbaycan dilinə tərcümə olunub. Eyni mənzərə jurnalistlər sual verərkən də yaşanıb. Komandanın inzibatçısı (!!!) onu rus dilinə, Mihail Eshanu da italyancaya çevirib.
Futbolinfo.az-ın məlumatına görə, ölkədə italyancanı bilən kifayət qədər insan var. Aralarında həm də rus dilini mükəmməl biləni tapmaq olar. Amma “Neftçi” belə birini axtarmaqdansa, moldovalı Eshanuya maaş verməyi, onu ölkəmizdə iş və mənzillə təmin etməyi lazım bilir.
Ciddi qüsurdur və tezliklə düzəltmək lazımdır. Ola bilsin, Eshanu Bordinin Moldovada tanış olduğu, etibar etdiyi bir kadrdır. Amma məşqçi istəyir deyə, üçqat tərcümə ilə utandırıcı mənzərə yaratmaq doğru deyil. Üstəlik, dövlətin pullarını havaya sovurmaq. “Neftçi”nin prezidenti Kamran Quliyev yaddan çıxarmasın ki, komandanın baş himayədarı ARDNŞ-dir. Neft isə Azərbaycan xalqının təbii sərvətidir!

Həmin kateqoriyadan