Kamran yenə 90 dəqiqə oynadı, komandası büdrədi

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin komandası – “Kayserispor” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Alanyaspor”la qarşılaşıb. Matç 1:1 hesabıyla bitib. Kamran sonadək meydanda olub.

Qeyd edək ki, “Kayserispor” hazırda 57 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan