Karate millimiz də “İL’ Azero” – yerli brend dəstlərini geyinməyə başladı

Karate millimiz təzə ildən yeni şirkətin dəst geyimlərindən istifadə etməyə başlayıb. Allsport.az saytı xəbər verir ki, AMKF bu dəfə yerli məhsula, “İL’ Azero”ya müraciət edib. Voleybol meneceri İlqar İmamquliyev təsis etdiyi milli brend qısa zamanda çox məşurlaşaraq, ölkə hüdudlarını aşıb okeanın o tayına belə ayaq açıb.

Əsasən voleybol klubları və ulduz idmançıların geyindiyi məhsullara son zamanlar digər növlərdə də maraq yaranıb. Güləş millisi 20-28 oktyabrda Budapeştdə keçirilən dünya çempionatında “Bir azərbaycanlı”dan istifadə edib. Karateçilərimiz bu yaxınlarda təşkil edilən Paris qran-prisinə bu brendin formaları ilə yollanıb.  
 

Həmin kateqoriyadan