Karate millimiz dünya çempionatı üçün Şamaxıya təlim-məşqə yola düşüb

5-11 noyabrda Madriddə 24-cü dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa hazırlığı davam etdirən millimiz Şamaxıya təlim-məşqə yola düşüb.

Baş məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev və Vahid Ayvazovun, eləcə də böyük məşqçilər Qurban Tağıyev, Rəşad Hüseynov və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədovun rəhbərliyi ilə toplanışa 15 nəfər cəlb olunub.

Bunlar Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (hər ikisi – 67 kq), Rafael Ağayev -75 kq), Turqut Həsənov və Pənah Abdullayev (84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Murad Hacızadə (+84 kq), Roman Heydərov (kata), Sahib Əhədəov (para-karate), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (61 kq) və Fəridə Əliyevadır (+68 kq).

Hazırlıq 1 həftə davam edəcək. Milli 3 noyabrda İspaniya paytaxtına yollanacaq.

Həmin kateqoriyadan