Karate Yeniyetmələrin olimpiya oyunlarına da salınıb

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə komitəsi karateni 2018-ci il yeniyetmələr arasında keçiriləcək olimpiya oyunlarının proqramına daxil etməyi qərara alıb. Allsport.az saytı xəbər verir ki, bu barədə BOK-un və Dünya Karate Federasiyasının (WKF) rəsmi internet səhifələri məlumat verib.

Buenos-Ayres Olimpiadasının proqramına karate ilə yanaşı, idman rəqsləri və dağadırmanma növləri də daxil ediləcək. Yeniyetmələrin qarşıdakı “dördilliy”inin proqramında karate yarışları oğlan və qızların hər birində 3 çəki dərəcəsində, eləcə də kata çıxışları üzrə keçiriləcək.

Argentinanın paytaxtında təşkil ediləcək nəhəng idman turniri 2018-ci il oktyabrın 1-dən 12-dək keçiriləcək. Beləliklə, yeniyetmə karateçilər ustalardan əvvəl (Tokio-2020) olimpiya oyunlarının iştirakçısı olacaqlar.

Həmin kateqoriyadan