Şanxay karate1 premyer liqasına

İyunun son günləri Minskdə 2-ci Avropa oyunlarında iştirak edən karateçilər və milli komandanın əvəzedici heyətinin bir sıra üzvü müxtəlif ölkələrdə təlim-məşqlərə yola düşüb. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Bahəddin Qandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi ilə Çinin Honq Konq şəhərinə yola düşən heyətdə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Asiman Qurbanlı (+84 kq) eləcə də Ayxan Mamayev, Turqut Həsənov və Pənah Abdullayev (üçü də – 84 kq) yer alıblar.

İyunun 5-dək təlim məşqlərdə olan karateçilər oradan birbaşa 7-9 iyunda Çinin digər şəhəri Şanxaya karate1 premyer liqasına yollanacaqlar. Bu mötəbər yarışda onlara Şahin Atamov (+84 kq), Roman Heydərov (kata) və İrina Zaretska (68 kq) da qoşulacaq. 

Rafael Ağayev (75 kq) zədəli olduğundan təlim-məşq və qarşıdakı turnirdən azad olunub. Oyunların daha bir iştirakçısı Nuranə Əliyeva (50 kq) və digər heyət üzvləri, Bakıda milli komandanın böyük məşqçisi Şahin Xudaverdiyevlə hazırlıqlarını davam etdirəcək. Beynəlxlaq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov yarışı idarə edən referilər arasında olacaq.

2-ci Avropa oyunlarına vəsiqə qazanan digər idmançılarımız Roman Heydərov kata üzrə baş məşqçi Vahid Ayvazovla birgə 26 maydan 3 iyunadək Minskdə təlim-məşqlərdə iştirak edəcək. İrina Zaretska (68 kq) ilə qadınların baş məşqçisi Denis Morozov isə 31 may-3 iyun tarixlərində Almaniyanın Düsseldorf şəhərində hazırlıqlarda olacaq. 

Milli komanda 11 iyunda Bakıya dönüb 2-ci Avropa oyunlarına hazırlıqları davam etdirəcək. 

Həmin kateqoriyadan