Karateçilərimiz Arazın o tayında dostluq və həmrəylik yarışında mübarizə aparacaq

Müxtəlif yaş qrupları üzrə milli komandamızın üzvləri İranının Urmiyə şəhərində 13-cü beynəlxalq dostluq və həmrəylik turnirində iştirak edəcəklər.

Allsport.az saytı xəbər verir ki, 14-15 yaşlı yeniyetmələrdən Fərid Ağayev (52 kq), Hüseyn Məmmədli, Tale Yaqubov (hər ikisi – 57 kq), Rəvan Bağırov, İsmayıl Məhəbbətli (63 kq), Məmməd Məmmədov (70 kq), 16-17 yaşlı gənclərdə Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq), Tural Yaqubov (68 kq) və Murad Balakişiyev (76 kq) çıxış edəcəklər.

Ustaların yarışına Ülvi Qurbanlı və Elcan Məmmədrzayev (hər ikisi – 60 kq), Hüseyn Əliyev, Rafiz Hüseynov (67 kq), Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Emil Güləhmədov, Murad Hacızadə, Şahin Atamov, Əli Cəfərov (+84 kq) qatılacaqlar.

Roman Heydərov fərdi kata yarışlarında, Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Əliyev isə komanda çıxışlarında mübarizə aparacaqlar.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Urmiyədə ənənəvi yarışa yollanan heyətdə milli komandaların məşqçiləri Şahin Xudaverdiyev, Anar Allahverdiyev, eləcə də beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Yarış 4 gün davam edəcək. İdmançılarımız ayın 15-də səfərdən dönəcəklər.

Həmin kateqoriyadan