Karateçilərimiz Azərbaycana 3-cü yeri qazandırdılar

Karate üzrə Azərbaycan milli komandasının bir neçə üzvü Türkiyənin Ərzurum şəhərində 12-ci Beynəlxalq Palandökən Karate Turnirindən 3-cü nəticə ilə dönüblər. Allsport.az xəbər verir ki, böyüklərin fərdi yarışlarında Rafiz Həsənov (-67 kq) və Asiman Qurbanlı (+84 kq) yarışın qalibi olublar. 14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev (-57 kq) və 18-21 yaşlılarda kata üzrə çıxış edən Rafiq Əmirov gümüş medallara sahib olub.

16-17 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvlərindən Murad Hacızadə (+76 kq) və Elcan Məmmədrzayev (-61 kq), 18-21 yaşlılardan isə Üzeyir Alışanov (-67 kq) bürünc mükafat qazanıblar.

Rafiz Həsənov, Pənah Abdullayev və Asiman Qurbanlıdan ibarət heyətlə komanda yarışlarına qatılan karateçilərimiz çempionluğu qazanıblar. Bu nəticələrlə Azərbaycan 41 ölkə arasında Türkiyə və İrandan sonra üçüncü nəticə göstərib. Müxtəlif yaş qurupları üzrə 4 gün davam edən ənənəvi Palandökən turnirində 2000-dək idmançı iştirak edib. Bakı və region klublarından da yarışa yollanan idmançılarımız yaxşı nəticə ilə dönüblər.

Həmin kateqoriyadan