Karateçilərimiz böyük heyətlə Arazın o tayına yollanıblar

Milli komandanın üzvləri böyük heyətlə İranın Urmiya şəhərində keçiriləcək beynəlxalq turnirə yollanıblar. Allsport.az saytı xəbər verir ki, ikarateçilərimizdən savayı, beynəlxalq hakimlərimiz də 12-ci dostluq və həmrəylik yarışında təmsil olunacaqlar.

Ümumi mükafat fondu 60 min dollar olan Urmiya-opendə 15 ölkədən 320-dək karateçi mübarizə aparacaq. Ənənəvi beynəlxalq turnirin ardından əsas milli komandanın üzvləri beynəlxalq təlim-məşqlərə qatılacaqlar.

Həmin kateqoriyadan