Karateçilərimiz Arazın o tayında 10 medal qazandı

İranın Gülüstan şəhərində keçirilən “Golestan Cup”da Azərbaycan karateçiləri uğurla çıxış edib. Allsport.az xəbər verir ki, “Qaraqaplan” klubunun məşqçisi Orxan Şabanovun rəhbərliyi altında mübarizə aparan komandamız 10 medal qazanıb.

Müxtəlif yaş qruplarında Tural Ələkbərli (67 kq) və Ümid Əsgərov (30 kq) qızıl, Nicat Kərimli (57 kq), Nihat Kərimzadə (55 kq), İsfəndiyar Novruzov (30 kq), Yavərbəy Abdullayev (70 kq) gümüş, Vahid Həsənov (35 kq), İkram Babayev (55 kq), Mircəlal Ələsgərov (60 kq) və Aydın Fərzəli (52 kq) bürünc medal qazanıblar.

Yarışda 6 ölkədən idmançılar mübarizə aparıblar.

Həmin kateqoriyadan