Karateçilərimiz İsveçrədə 6 medal qazanıblar

Karateçilərimiz İsveçrədə açıq Bazel yarışında uğurla çıxış edib. Allsport.az saytı xəbər verir ki, millimizin üzvü Şahin Atamov “Masters” seriyalı döyüşdə çempion olub. Novruz Əliyev və İlahə Qasımova bürünc medal qazanıblar.

Fərdi yarışda adı son çəkilən (55 kq) və Fəridə Əliyeva (+68 kq) 2-ci, Novruz Əliyev (75 kq) 3-cü pilləni tutublar.

Rəqabətdə 28 ölkədən 788 idmançı birincilik uğrunda mübarizə aparıb. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Həmin kateqoriyadan