Karateçilərimiz premyer liqa və “A” seriyalarına Qəbələdə hazırlaşır

Karateçilərimiz yeni mövsümün hazrılığın başlayıb. Allsport.az saytı xəbər verir ki, bu məqsədlə milli Qəbələdə təlim-məşqdədir. Baş məşqçi Bahəddin Qandaz, böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərliyi ilə toplanışa əsas və əvəzedici heyəti qatılıb.

Mövsümün ilk təlim-məşqləri 21 yanvarda başa çatacaq. Kimono ustalarımız 23 yanvarda karate1 Paris premyer liqasına yola düşəcəklər.

Ilboyu yığmamızı Paris, Dubay, Rabat, Şanxay, Tokio, Moskva və Madrid  premyer liqa yarışları, Zalsburq, İstanbul, Monreal və Santyaqoda “A” seriyaları, həmçinin martın sonunda İspaniyanın Quadalaxara şəhərində 54-cü Avropa çempionatı gözləyir.

Bu rəsmi yarışlar idmançılara dünya reytinqindən əlavə, Tokio-2020 yay olimpiya oyunlarına lisenziya xalları qazandırır. 

Həmin kateqoriyadan