Karateçilərimiz qitə çempionatına yollanıb

28-31 martda İspaniyanın Qvadalaxara şəhərində 54-cü Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 51 ölkədən 508 kimono ustası mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, olimpiya və Avropa oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları qazanmağa çalışacaqlar.

Kumite üzrə baş məşqçi Bahəddin Qandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyev ( 60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayevə (75 kq), Ayxan Mamayevə (84 kq) və Asiman Qurbanlıya (+84 kq); qadınların baş məşqçisi Denis Morozov isə Nuranə Əliyevay (50 kq), İlahə Qasımovaya (55 kq), Fəridə Abiyevaya (61 kq), İrina Zaretskaya (68 kq) və Fəridə Əliyevaya (+68 kq) üstünlük verib. Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev da heyətdə olacaq.

Kata üzrə baş məşqçi Vahid Ayvazov fərdi yarışlarda Roman Heydərova, para-karate çıxışlarında Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdə güvənib. 

Turnirdən bir gün əvvəl Avropa karate federasiyasının növbəti konqresi keçiriləcək. EKF-in icraiyyə komitəsinin üzvü Yaşar Bəşirovla birgə, federasiyanın vitse-prezidenti Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov toplantıda iştirak edəcəklər. 

Yarışı idarə edənlər arasında beynəlxlaq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq. 26 martda İspaniyaya yola düşən karateçilər 2 apreldə Bakıya dönəcəklər. 

Həmin kateqoriyadan