Karateçilərimiz Makedoniyada medal qoymadı: 72 qızıl, 53 gümüş və 77 bürünc!

1-3 noyabrda Şimali Makedoniya paytaxtı Skopyedə dünya şotokan federasiyasının 11-ci çempionatı keçirilib. 

Allsport.az xəbər verir ki ki, şobu ippon, şobu sanbon və WKF kumitesi üzrə keçirilən dünya çempionatında Azərbaycan idmançıları da iştirak edib. Ölkə klublarını təmsil edən müxtəlif yaşlı 116 idmançımız ayrı-ayrı kateqoriyalarda çıxışlarında 72 qızıl, 53 gümüş və 77 bürünc medal qazanaraq 20 ölkə arasında ümumi nəticədə birinci yeri tutublar. 

Yarışdan əvvəl WSF rəsmilərinin yığıncağında yeni təyinatlar elan olunub. Dünya karate federasiyası idarə heyətinin üzvü Esed Delihasan təşkilatın prezidenti, WKF texniki komitəsinin üzvü Yaşar Bəşirov isə birinci vitse-prezident seçilib.

WSF-nin 12-ci dünya çempionatı 2020-ci ildə İstanbulda keçiriləcək. 

Həmin kateqoriyadan