Karateçilərimiz Tokioda uğursuz çıxış etdi, Rafael Ağayevə “Grand winners” mükafatı verildi

Millimiz Tokioda karate1 premyer liqa seriyasının son sınağında uğur qazana bilməyib. Allsport.az saytı xəbər verir ki, Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici, Asiman Qurbanlı (+84 kq) bürünc mükafat uğrunda həlledici görüşdə yeniliblər.

Ayxan Mamayev (84 kq) və Şahin Atamov (+84 kq) daha erkən, İrina Zretska (68 kq) isə yarımfinal görüşünün son saniyələrində uduzublar.

Sonda ilin ən nüfuzlu turnirinin yekunlarına görə müxtəlif çəki dərəcələrində fərqlənən idmançılara “Grand winners” mükafatı təqdim olunub. Bizdən uğurlu mövsüm keçirən Rafael Ağayev (75 kq) bu mükafata layiq görülüb. Bu yarışda 70 ölkədən 630 idmançı iştirak edib.

AMKF-in prezidenti Yaşar Bəşirov turnirin mükafatlandırma mərasimində iştirak edib. Təşkilatçı tərəfindən yarışa dəvət alan 20 hakim arasında Cahangir Babayevə və Vüqar Kərimov da olublar.

16 oktyabrda Bakıya dönən milli, ertəsi gündən dünya çempionatına hazırlıqları davam etdirəcək.

Həmin kateqoriyadan